Kriminal
15 il həbs verilən gözdən əlil məhkumun cəzası azaldıldı

İlkədən Lökbatanda tanışını qətlə yetirməkdə günahlandırılan, iki gözdən əlil olan Qulu Abbasovun cəzası azaldılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə belə qərar qəbul edib.
Məhkəmə kollegiyası məhkumun əməlini xüsusi amansızlıqla adam öldürmə maddəsindən daha az amansız olan qəsdən adam öldürmə maddəsinə tövsif edib. Yeni qərarla Q.Abbasovun cəzası 15 ildən 13 ilə endirilib.
Qeyd edərik ki, 43 yaşlı məhkum qonşusu Xanlar Əmirovu bıçaqla qətlə yetirib. Məhkəmədə cinayətin qısqanclıq zəminində baş verdiyi bildirilib.
Mənbə: https://qafqazinfo.az/news/detail/15-il-hebs-verilen-gozden-elil-mehkumun-cezasi-azaldildi-501427







