20 Yaşlı Oğlunu Daha Bir Vəzifəyə Təyin Etdi » DaylyAz
Aktual xəbərlər

20 yaşlı oğlunu daha bir vəzifəyə təyin etdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu və idman naziri Axmat Kadırov daha bir vəzifəyə təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ramzan Kadırov teleqram kanalında məlumat yayıb.  

Bildirilib ki, 20 yaşlı Axmat Çeçenistanın hökumət rəhbərinin müavini postuna gətirilib. Təyinat Çeçenistan hökumətinin rəhbəri Maqomed Daudovun tövsiyəsi ilə həyata keçirilib. 

R.Kadırov oğlunu məsuliyyətli və effektiv lider kimi xarakterizə edərək, onun idarəetmə təcrübəsini və respublikanın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. 

Xatırladaq ki, Axmat Kadırov ötən ilin mayında bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilmişdi.

Mənbə: https://qafqazinfo.az/news/detail/20-yasli-oglunu-daha-bir-vezifeye-teyin-etdi-494463

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button