Date:

Gürcüstan sərhədçiləri doğum yeri Ukrayna əraziləri olan Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər tətbiq etməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, Yeni il tətilini Gürcüstanda keçirmək istəyən bir qrup Rusiya vətəndaşı sərhəddən geri qaytarılıb. Buna səbəb isə onların pasportlarında doğum yerinin Rusiyanın nəzarətindəki Ukrayna əraziləri olan Krım və Luqansk kimi göstərilməsi olub.

Bildirilib ki, təkcə bir reysdən 6 sərnişin bu səbəbdən ölkəyə buraxılmayıb. Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmi saytında isə Krım və ya Luqanskda doğulmuş şəxslər üçün xüsusi bir qadağa barədə rəsmi qərar yer almayıb.

Xatırladaq ki, Gürcüstan Abxaziya və Osetiya müharibələrindən sonra Rusiya ilə diplomatik münasibətlərin bərpasından imtina edib.

Mənbə: https://qafqazinfo.az/news/detail/gurcustan-bu-sexsleri-olkeye-buraxmadi-493944

Əvvəlki məqalə
Növbəti məqalədə

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

Türkiyə ilə bu sahədə əlavə protokol təsdiqləndi

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə...

Bu il Azərbaycanın siyasi həyatında nələrlə yadda qaldı? – Video

Cari il Azərbaycan üçün mühüm siyasi hadisələrlə yadda qaldı. “Qafqazinfo”...

Azərbaycanın mərhum sabiq prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev...

Burberry is the First Brand to get an Apple Music Channel Line

Find people with high expectations and a low tolerance...