Kəlbəcər 32 il sonra Yeni ilə girir! – Fotolar

Date:

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra ilk dəfə olaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir rayon ərazisində yaşayan ailələr və uşaqlar üçün bayram əhval-ruhiyyəsinin yaradılmasına, həmrəyliyin və birlik hissinin gücləndirilməsinə xidmət edib.

Tədbir çərçivəsində şəhərin birinci yaşayış məhəlləsində Yeni il ağacı bəzədilib, Şaxta baba və Qar qız uşaqlara hədiyyələr təqdim ediblər. Musiqi sədaları altında davam edən bayram şənliyində uşaqlar böyük sevinc yaşayıblar.

Tədbirdə iştirak edə bilməyən uşaqlar isə Şaxta baba tərəfindən evlərində ziyarət olunub, onlara bayram hədiyyələri çatdırılıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/kelbecer-32-il-sonra-yeni-ile-girir-fotolar-494020

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

“Onların arxasında Azərbaycan dövləti dayanıb” – İlham Əliyev

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünyada...

“Son 5 il ərzində Milli Qüvvələrimiz gücünü böyük dərəcədə artırıb” – İlham Əliyev

“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən...

Türkiyə bu tarixdə Ermənistana sərhədi açmaq niyyətindədir

“Türkiyə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün...

Prezident xalqa müraciət edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Yeni il və Dünya Azərbaycanlılarının...