“Türkiyə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün 1 yanvar 2026-cı il tarixində Ermənistana sərhədini açacaq”.
Qafqazinfo xəbər verir ki, bu barədə Ermənistanın “Qraparaq” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirişlərə əsasən, Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın İrəvana təqdim etdiyi təkliflər və niyyətlər paketində həm də sərhədin qeyd edilən sxem üzrə açılması planları öz əksini tapıb.
Bununla belə, qəzetin yazdığına görə, Türkiyə hələlik yükdaşımalar və ya ticarət sərhədinə açmaq niyyətində deyil.
Rəsmi Ankara həmçinin diplomatik münasibətlərin qurulması haqqında protokol hazırlayıb, lakin onun imzalanması üçün Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsən Türkiyəyə səfər etməsini istəyir.
Mənbə: https://qafqazinfo.az/news/detail/turkiye-bu-tarixde-ermenistanla-serhedi-aca-biler-493640

