21 yaşınadək oğlan sosial şəbəkələrdə əxlaqsız fəaliyyətinə görə həbs olunub

Sosial şəbəkələrdə intim xidmətlər təklif edən, cinsi azlığı və əxlaqsızlığı təbliğ edən videolar paylaşan M.Məmmədov (şərti) həbs olunub.
Qafqazinfunun mənbəyə əsasən, paytaxtda yaşayan İsmayıllı rayon sakini 31 oktyabr 2005-ci ildə anadan olan Məsud Məmmədov “TikTok” və instaqramda müvəqqəti olaraq cinsi azlığı və əxlaqsızlığı təbliğ edən videolar paylaşmış, pul müqabilində müxtəlif şəxslərə intim xidmətlər təklif etmiş, virtual olaraq əxlaqsız yazışmalar həyata keçirmişdir.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 21 yaşlı şəxs Nəsimi rayonunda saxlanılıb.
Məhsusunun barəsində İnzibati Xətalar Məcəlləsinin 524-cü (fahişəliklə məşğul olma) və 510.2-ci (xırda xuliqanlıq – internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib və rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Məsud Məmmədov 30 sutkalıq həbs olunub.







