Kriminal
33 yaşlı adamı şüşə qırıntısı ilə ağır xəsarət yetirdilər

Ağsu regionunun sakini ağır xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, gecə saatlarında 33 yaşlı Ağamir Əkbərliyə şüşə qırıntısı ilə xəsarət yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Murad Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/33-yasli-kisiye-suse-ile-agir-xesaret-yetirildi-497425







