Kriminal
46 yaşındakı müğənni qəzada dünyasını dəyişdi

Ötən gecə Bakı-Sumqayıt yolunda ağır qəza olub.
“Qafqazinfo” xəbər verir ki, ağır tonnajlı yük maşının minik avtomobilə çırpılması nəticəsində Qubadlı rayon Qaralar kənd sakini 46 yaşlı Kamil Əlövsət oğlu Sərməsov dünyasını dəyişib.
O, müğənni kimi fəaliyyət göstərirmiş.
Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/46-yasli-mugenni-qezada-oldu-foto-501281







