Kriminal
9 yaşlı oğlan dəm qazından öldü

Samuxda azyaşlı dəm qazından boğulub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Samux şəhərinin 28 May küçəsindəki evlərdən birində qeydə alınıb.
2017-ci il təvəllüdlü M.Əsgərov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/9-yasli-oglan-dem-qazindan-oldu-496639







