Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, A qrupunda yer alan yığma səfərdə İrlandiya seçməsinin qonağı olub.

Dublindəki “Milli Basketbol Arenası”nda təşkil olunan qarşılaşmada yığmamız 76:75 hesablı qələbə qazanıb.

Komandamız növbəti görüşünü martın 2-si şəxsi meydanda Şimali Makedoniya seçməsinə qarşı keçirəcək.

Azərbaycan milli basketbolçuları daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) məğlub olub.

Mənbə: https://qafqazinfo.az/news/detail/millimiz-seferde-irlandiyaya-qalib-geldi-500470

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *