İsmayıllıda Zəncirvari Qəza - Ölən Və Yaralananlar » DaylyAz
Kriminal

İsmayıllıda zəncirvari qəza – Ölən və yaralananlar

İsmayıllıda 3 avtomobil iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, ağır qəza İsmayıllı-Qəbələ yolunda qeydə alınıb. Qəza zamanı “VAZ 21011”, “Ford” və “Hyundai” markalı avtomobillər toqquşub.

İdarəetmədən çıxan “Hyundai” markalı avtomobil əvvəlcə “VAZ 21011″ə, daha sonra “Ford”a çırpılıb. Nəticədə “Vaz 21011″də olan 2 nəfər hadisə yerində ölüb. Həmçinin “Ford” markalı avtomobilin sürücüsü ilə sərnişinləri xəsarət alıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Qəzanın görüntülərini təqdim edirik: https://www.youtube.com/watch?v=cGdk8JPNHiw

Mənbə: https://qafqazinfo.az/news/detail/ismayillida-zencirvari-qeza-olen-ve-yaralananlar-var-video-500481

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button