"Böyük Dəbilqə" Turnirinin Qalibi Olan Cüdoçularımız üz-üzə Gəlib » DaylyAz
Idman Xəbərləri 206

“Böyük Dəbilqə” turnirinin qalibi olan Cüdoçularımız üz-üzə gəlib

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, idmançı bunu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən yarışda bacarıb.

O, finalda Azərbaycanın digər cüdoçusu Balabəy Ağayevi məğlub edib. B.Ağayev gümüş medalla kifayətlənməli olub.

Daha əvvəl Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva (52 kq) mübarizəni dayandırıb.

Qeyd edək ki, “Böyük Dəbilqə” martın 1-də başa çatacaq.

Mənbə: https://qafqazinfo.az/news/detail/cudocularimiz-finalda-uz-uze-geldi-yusifov-ilk-defe-qizil-qazandi-500489

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button