Bakı Dövlət Universitetində Tələbələrin Nalayiq Formada Paylaşılması Davam Edir - Foto » DaylyAz
Kriminal

Bakı Dövlət Universitetində tələbələrin nalayiq formada paylaşılması davam edir – Foto

Ötən həftə sosial şəbəkələrdə sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin fotolarının montaj və süni intellektlə dəyişdirilərək nalayiq formada paylaşılması ilə bağlı bir nəfər tutulsa da, bu əməllər davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə naməlum şəxs və ya şəxslər həmin əməllərə görə tutulmuş Fəxri Cəbrayılova dəstək xarakterli paylaşımlar etməkdədir. Belə ki, sosial şəbəkələrdə, xüsusilə “TikTok”da “Fəxri Cəbrayılova azadlıq” adlı səhifələr yaradılıb və orada qızların fotoları qeyri-əxlaqi məzmunda yayılır.

Qeyd edək ki, məsələ ictimailəşəndən sonra Daxili İşlər Nazirliyi əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılovu saxlayıb. Hazırda onun əməllərinin kimin tərəfindən davam etdirilməsi məlum deyil.

Xəbəri rus dilində oxuyun: Травля студенток БГУ: арест не помог – ФОТО

Məsələ ilə əlaqədar DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, araşdırmalar davam etdirilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/bdu-telebelerinin-nalayiq-formada-paylasilmasi-davam-edir-foto-500724

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button