Kriminal
34 yaşlı qadın dəm qazından ölüb

Şəkidə 34 yaşlı qadın dəm qazından boğulub.
“Qafqazinfo” xəbər verir ki, hadisə martın 1-də saat 21 radələrində rayonun Suçma kəndində baş verib.
Belə ki, Yenigül Mənafova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/34-yasli-qadin-dem-qazindan-oldu-500749







