AMADA Qadağan Edilmiş Maddələrlə Bağlı Dəyişiklikləri Açıqladı » DaylyAz
Idman Xəbərləri 206

AMADA qadağan edilmiş maddələrlə bağlı dəyişiklikləri açıqladı

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı Qadağan edilmiş maddələrin siyahısı 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

Bildirilib ki, siyahı üç hissədən – hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.

2026-cı il üçün açıqlanan Qadağan edilmiş maddələrin siyahısı Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

2026-cı il üçün Qadağan edilmiş maddələrin siyahısı ilə tanış olmaq üçün www.amada.az/doping-nezareti/qadagan-edilmis/ linkinə keçid edə bilərsiniz.

Mənbə: https://qafqazinfo.az/news/detail/amada-qadagan-edilmis-maddelerle-bagli-deyisiklikleri-aciqladi-494058

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button