AMADA-in 10 illiyi münasibətilə sosial layihəyə start verib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) təsis olunmasının 10 illiyi münasibətilə “10ların təbəssümü” adlı sosial layihəyə start verib.
Layihənin məqsədi cəmiyyətin həssas qrupları ilə birbaşa ünsiyyət qurmaq, onlara mənəvi dəstək göstərmək və qurumun sosial məsuliyyət prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir. Layihənin çərçivəsində AMADA əməkdaşları valideyn himayəsindən məhrum uşaqlar, xüsusi ehtiyacı olan şəxslər, şəhid və qazi ailələri, eləcə də aztəminatlı ailələrlə görüşlər keçirəcəklər.
Təşəbbüs humanitar xüsusiyyətləri, həmçinin sosial həmrəylik mesajını çatdırmaq məqsədi daşıyır. 10 illik qurumun təşəbbüsü ilə, hər həftə digər həssas qruplarla yanaşı, bu gün “Ümid yeri” uşaq sığınağında uşaqlarla görüş keçiriləcəkdir. AMADA-nın kollektivi uşaqlarla birbaşa ünsiyyət qurub, onların gündəlik həyatı və istəkləri ilə maraqlanıb, hədiyyələr təqdim ediblər. Həmçinin əyləncəli və interaktiv fəaliyyətlər təşkil olunub.
Görüş uşaqların sosial fəallığının artırılmasına, onların cəmiyyətə aktiv rəftarına töhfə vermək məqsədi daşıyıb. Layihə AMADA-nın missiyasına uyğun olaraq sosial rifah prinsiplərinin təşviqinə xidmət edir.








