Videodakı şəxs Şəbnəm Tovuzlunun qızı müğənninin səhifə əməkdaşlarını hədələdi – Sosial şəbəkələrdə geniş rezonans doğurub – foto

Sosial şəbəkələrdə yayılan və 2 gənc qızın hərəkətdə olan avtomobildə qaydaları pozaraq görüntü çəkməsini əks etdirən video geniş rezonans doğurub.
Görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. İstifadəçilər xüsusilə yol hərəkəti qaydalarının açıq şəkildə pozulmasını tənqid edərək bunun həm sürücü, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaratdığını vurğulayıblar.
Görüntüdə yer alan şəxslərdən biri müğənni Şəbnəm Tovuzlunun qızıdır. Bu halا ilə bağlı müğənni instaqram hesabından görüntünün silinməsi ilə bağlı xahiş edib. Materialın ictimai əhəmiyyət daşıdığını əsas gətirilərək videonun silinməsinin mümkün olmadığı bildirib.
Bunun ardınca növbəti mesajlarda təhdid xarakterli ifadələrin yer aldığı görülüb. Mesajlarda səhifənin bağlatdırılması ilə bağlı fikirlər səsləndirilib, eləcə də “İnstagram səhifəm daha böyükdür, belə kiçik səhifələri bağlatmaq mənim üçün çətin deyil” məzmunlu sözlərin yazıldığı bildirilir.
Məsələ ilə bağlı müzakirələr sosial şəbəkələrdə davam edir.
Mənbə: https://news.milli.az/showbiz/1319019.html







