Kriminal
Bakıda 46 yaşlı kişi qətlə yetirildi

Paytaxtın Sabunçu rayonunda qətl hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 46 yaşlı Zəfər Məmmədovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
İlkin araşdırmalarla cinayətin Hüseyn Həsənov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildilib. O, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
Mənbə: https://qafqazinfo.az/news/detail/bakida-46-yasli-kisi-qetle-yetirildi-501033







