5-ci Mərtəbədən Yıxılan Qız Ağır Xəsarət Aldı » DaylyAz
Kriminal

5-ci mərtəbədən yıxılan qız ağır xəsarət aldı

Bu gün Mingəçevirdə bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini 19 yaşlı Nailə Əkbərova yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.

Ağır xəsarət alan qız Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Sözügedən tibb müəssisəsindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 14:40 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan qıza ağır travmatik şok, sol said sümüklərinin açıq sınığı, dalağın cırılması, daxili qanaxma diaqnozu qoyulub: “Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır”.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/5-ci-mertebeden-yixilan-qiz-agir-xesaret-aldi-501040

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button