Elçini Bilərəkdən Narkotikə Qurşatdılar Ki, MƏHV OLSUN » DaylyAz
Şou Biznes Xəbərləri

Elçini bilərəkdən narkotikə qurşatdılar ki, MƏHV OLSUN

Müğənni İntiqam Kərimov “Öz aramızda” verilişində canlı yayım zamanı səsləndirdiyi açıqlamalarla diqqət çəkib.

Kərimov bildirdi ki, Elçin Cəlilov sənət fəaliyyətinin bir dövründə qəsdən pis vərdişlərə yönləndirilib.

Onun sözlərinə görə, bu addımların arxasında sənətdə rəqabət aparan şəxslər dayanır:

“Cıdır restoranında oxuyurdu. Deyilənə görə, yeməyinə bilərəkdən narkotik qatırdılar. Bunu qəsdən edirdilər ki, sənətdən uzaqlaşsın. Rəqibləri onun səhnədə olmasını istəmirdi, beləcə rəhmətə getdi”, – demişdir müğənni.

İntiqam Kərimov əlavə edib ki, bu hadisələrin nəticəsi olaraq Elçin Cəlilovun həyatı faciə ilə başa çatıb.

Qeyd edək ki, səsləndirilən fikirlər sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Mənbə: https://news.milli.az/showbiz/1319191.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button