Volkan Demirel Yenidən Bu Klubun Baş Məşqçisi Oldu » DaylyAz
Idman Xəbərləri 206

Volkan Demirel yenidən bu klubun baş məşqçisi oldu

Türkiyənin Trendyol Super Liqa təmsilçisi “Gənclərbirliyi”ndə gözlənilməz məşqçi dəyişikliyi baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu cəmi üç ay əvvəl yollarını ayırdığı sabiq futbolçu, baş məşqçi Volkan Demirellə yenidən müqavilə imzalayıb.

44 yaşlı mütəxəssis bu vəzifədə Levent Şahini əvəzləyib.

Komandanın yaydığı rəsmi bəyanatda V. Demirelin komandanın strukturunu və oyunçuları yaxın tanıdığı vurğulanaraq, onunla 1,5 illik müqavilə bağlandığı bildirilib:

“Klubumuzun dəyərlərini mənimsəyən və oyunçularımızı yaxşı tanıyan Volkan Demirelin geri qayıtmasını salamlayırıq”.

Qeyd edək ki, “Gənclərbirliyi” hazırda Super Liqada 24 həftədən sonra 24 xalla 12-ci yerdədir.

Mənbə: https://qafqazinfo.az/news/detail/volkan-demirel-yeniden-bu-klubun-bas-mesqcisi-oldu-501376

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button