İlham Əliyev Serbiya Prezidenti Ilə Telefonla Danışdı » DaylyAz
Politika

İlham Əliyev Serbiya Prezidenti ilə telefonla danışdı

Martın 6-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Yaxın Şərqdəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb, vəziyyətin daha da gərginləşməsindən narahatlıq ifadə olunub.

Telefon danışığı zamanı İran tərəfindən Naxçıvana qarşı törədilən dron hücumları pislənilib.

Söhbət zamanı Prezident İlham Əliyev Serbiyanın dövlət başçısını ad günü münasibətilə təbrik edib.

Aleksandar Vuçiç göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlığı bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla vurğulayıb, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Mənbə: https://qafqazinfo.az/news/detail/ilham-eliyev-serbiya-prezidenti-ile-telefonla-danisdi-501384

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button