İlham Əliyev Slovakiyaya Mövqeyinə Və Həmrəyliyə Görə Təşəkkürünü Bildirdi » DaylyAz
Politika

İlham Əliyev Slovakiyaya Mövqeyinə və Həmrəyliyə görə Təşəkkürünü Bildirdi

Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra prinsipli mövqeyinə və həmrəyliyə görə Slovakiya Prezidenti Peter Peleqriniyə təşəkkürünü bildirib.

“Qafqazinfo” xəbər verir ki, Prezidentin “X” hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir: “Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə İran İslam Respublikasının Naxçıvanda mülki infrastruktura qarşı həyata keçirdiyi son PUA hücumlarından sonra nümayiş etdirdiyi prinsipial mövqeyə və həmrəyliyə görə səmimi təşəkkürümü bildirirəm.

Azərbaycanın Slovakiya diplomatik heyətinin Tehrandan təxliyəsi ilə bağlı dərhal göstərdiyi dəstək ölkələrimiz arasında yüksək səviyyəli və strateji münasibətlərin aydın təzahürü, həmçinin beynəlxalq əməkdaşlığa sadiqliyimizin ifadəsidir”.

Mənbə: https://qafqazinfo.az/news/detail/ilham-eliyev-slovakiya-prezidentine-movqeyine-gore-tesekkur-etdi-501429

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button