Kriminal
Xətai rayonunda təmizlik maşınının vurduğu qız öldü

Xətai rayonunda Kommunal Təmizlik Birliyinə məxsus yük maşını qəza törədib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə prospektində baş verib.
Təhməz Səfərovun idarə etdiyi KTB-yə aid “QAZ-53” markalı avtomobil yolu keçən 26 yaşlı Ayşən Osmanovanı vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Mənbə: https://qafqazinfo.az/news/detail/temizlik-masininin-vurdugu-26-yasli-qiz-oldu-501440







