Röyanın Arxiv Kadrları Yenidən Yayılaraq əks-səda Yaradıb » DaylyAz
Şou Biznes Xəbərləri

Röyanın arxiv kadrları yenidən yayılaraq əks-səda yaradıb

Xalq artisti Röya Ayxanın illər öncəyə aid arxiv kadrları sosial şəbəkələrdə yenidən yayılaraq müzakirələrə səbəb olub. Həmin görüntülərdə sənətçi o dövrün məşhur aparıcısı, hazırda ABŞ-də yaşayan Günel Musevinin təqdimatında efirə çıxaraq sevilən hitlərindən birini canlı ifa edir. Röyanın səhnə tərzi, səmimi davranışı və enerjisi izləyicilərin diqqətini çəkib.

Arxiv kadrlarının yayılmasından sonra sosial şəbəkə istifadəçiləri müxtəlif rəylər yazıblar. Bəzi izləyicilər müğənninin illər keçsə də səhnə aurasını qoruduğunu vurğulayıb, digərləri isə onun ifasının bu gün də aktuallığını itirmədiyini qeyd ediblər. "Röya hər zaman fərqli olub", "O vaxtdan ulduz idi" kimi şərhlər paylaşımların altında üstünlük təşkil edib.

Qeyd edək ki, Röya Ayxan Azərbaycan şou-biznesinin ən parlaq simalarından biri olaraq uzun illərdir hitləri və səhnə performansları ilə gündəmdə qalmağı bacarır. Arxiv görüntülərin yenidən yayılması isə sənətçinin yaradıcılığına maraqın hələ də yüksək olduğunu göstərir.

Mənbə: https://news.milli.az/showbiz/1318935.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button