MLS-da Gərgin Keçən Qarşılaşmada Messi 899-cu Qolu Vurdu » DaylyAz
Idman Xəbərləri 206

MLS-da gərgin keçən qarşılaşmada Messi 899-cu qolu vurdu

MLS-in növbəti oyunları çərçivəsində martın 8-nə keçən gecə “İnter Mayami” səfərdə “DC Yunayted”in qonağı olub.

“Qafqazinfo” “Sky Sports”a istinadla xəbər verir ki, gərgin keçən qarşılaşma Mayami təmsilçisinin 2-1 hesablı qələbəsi ilə sona çatması ilə nəticələndi.

“İnter Mayami”yə vacib üç xalı qazandıran qolları argentinalı ulduzlardan Rodriqo De Paul və Lionel Messi vurublar. Messi üçün isə bu qol xüsusi əhəmiyyət kəsb edib, belə ki, əfsanəvi futbolçu peşəkar karyerasında vurduğu qolların sayını 899-a çatdırıb. Meydan sahiblərinin yeganə cavab qoluna isə Tay Baribo imza atıb.

Qeyd edək ki, “İnter Mayami” keçirdiyi üç oyundan sonra 6 xal toplayaraq Şərq Konfransında 3-cü pillədə qərarlaşıb. Eyni sayda oyundan sonra 3 xalı olan “DC Yunayted” isə konfransda 7-ci yerdədir.

Mənbə: https://qafqazinfo.az/news/detail/899-cu-qolunu-vurdu-video-501535

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button