Əməkdar Artistə Ağır İTKİ - FOTO » DaylyAz
Şou Biznes Xəbərləri

Əməkdar artistə ağır İTKİ – FOTO

Əməkdar artist Gülzar Qurbanovaya ağır itki üz verib. 

O, bu barədə özü məlumat yayıb. 

Sənətçi anası ilə çəkdirdiyi fotosuna "Mənə görə ananı ancaq uca Allahla müqayisə etmək olar. Mənim üçün hər ikisi də müqəddəsdir. Anam mənim ilk sığınacağım,  sevgim, ən saf duam idi. İnsan böyüyür, dəyişir, dünyanı tanıyır, amma qəlbinin ən dərin yerində həmişə bir sığınacaq qalır – ana. 4 gündür canımdan can ayrılıb. 4 gündür səni axtarıram, ana. Ev boş, hər küncü xatirələrlə dolu. Uca Allah bu dünyadan köçən bütün analara rəhmət eləsin.  Anası həyatda olanlar isə bu nemətin qədrini bilsinlər. Ana ilə keçən hər an bir hədiyyədir, ən böyük xoşbəxtliklərdəndir" şərhini yazıb. 

Mənbə: https://news.milli.az/showbiz/1319690.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button