Kriminal
Qanunsuz saxlanılan 4 avtomat və 14 tüfəng aşkar edildi

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda DİN məlumat yayıb.
Bildirilib ki, martın 7-də və 8-də polis əməkdaşları paytaxt və respublikanı ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 5 qumbara, 4 alışdırıcı, 14 tüfəng, 3 patron darağı və 91 ədəd müxtəlif çaplı patronu aşkar edərək götürüblər.
Mənbə: https://qafqazinfo.az/news/detail/qanunsuz-saxlanilan-4-avtomat-14-tufeng-askar-edildi-501583







