Naxçıvana Birbaşa Uçuşlar Bərpa Olundu - Rəsmi » DaylyAz
Aktual xəbərlər

Naxçıvana birbaşa uçuşlar bərpa olundu – Rəsmi

Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindən etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, AZAL-ın 9 mart 2026-cı il tarixinə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli aşağıdakı kimidir:

Qeyd edək ki, 10 mart 2026-cı il tarixindən etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə sual yaranarsa, [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.

Mənbə: https://qafqazinfo.az/news/detail/naxcivana-birbasa-ucuslar-berpa-edildi-resmi-501586

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button