Mərhum anamdan video paylaşıb

Apresyor Xosqedəm Hidayətqızı mərhum anası Ofeliya xanımın məzarını ziyarət edərkən övrək anlar yaşayıb.
“Sekiz mart anamın ən çox sevdiyi bayram idi. Bacı və qardaşlarım anamı sevindirmək üçün yarışa girirdik. Yaşadığımız rayonda bu vaxtlar qar olurdu. Onun altından bənövşə axtarırdıq ki, kim bir dənə də olsa tapıb anama gətirsə, günün qəhrəmanı olurdu. Hər il bu vaxtı haradan olur-olsun anama bənövşə tapıb gətirərdim. Bu il onsuz qeyd edirəm bu günü. Əgər atanız-ananız sağdırsa, nəinki bayramları, bütün günləri onlarla keçirin. Çünki itirdikdən sonra insanın içində böyük bir dərd qalır ki, kaş onlara daha çox zaman ayıraydım. Düzdür, işiniz çoxdur, həyat mübarizəsi veririk. Amma bir dəqiqə də boş zamanınız varsa, onu valideynlərinizə ayırın. Sonra çox gec olur” deyə, Xosqedəm bildirib.
Mənbə: https://news.milli.az/showbiz/1319804.html







