Ən Böyük Hesabı Ilə Qalib Gələn “Qarabağ” » DaylyAz
Idman Xəbərləri 206

Ən böyük hesabı ilə qalib gələn “Qarabağ”

Misli Premyer Liqasında 2025/2026 mövsümünün ən böyük hesabı ilə qələbəsi qeydə alınıb.

“Qafqazinfo” Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, XXIII tura təsadüf edib.

“Qarabağ” “Araz-Naxçıvan”ın qapısından 6 cavabsız top keçirib. Cari mövsümdə ilk dəfə bir komanda 6 top fərqi ilə qalib gəlib. Ağdam klubu həm də mövsümdə bir oyunda 6 qol vuran ilk komanda olub.

Bunadək mövsümün rekordu 5:0-a bərabər idi. 2025-ci il avqustun 30-da “Zirə” evdə “Kəpəz”ə, sentyabrın 21-də “Qarabağ” səfərdə “Araz-Naxçıvan”a 5 cavabsız qol vurub.

Mənbə: https://qafqazinfo.az/news/detail/movsumun-en-boyukhesabli-qelebesi-501694

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button