Şou Biznes Xəbərləri
Türkiyəli müğənninin müəyyən münasibətləri xəbər qəzəbləndirdi

Türkiyəli məşhur müğənni Serdar Ortaçın keçmiş həyat yoldaşı Xloe Luqnan uzun müddətdən sonra səssizliyini pozaraq açıqlama verib.
Luqnan qeyd edib ki, evli olduqları dövrdə Ortaç ona tamamilə fərqli münasibət göstərib:
“Mənə “canım, hər şeyim” deyirdi. Boşandıqdan sonra isə “üzünü şeytan görsün” kimi ifadələr işlədir”
Xatırladaq ki, Serdar Ortaç və Xloe Luqnanın nikahı bir müddət əvvəl qalmaqallı şəkildə başa çatıb. Müğənni daha əvvəl verdiyi açıqlamalarda keçmiş həyat yoldaşına böyük məbləğdə təzminat və aliment ödədiyini bildirmişdi.
Mənbə: https://news.milli.az/showbiz/1319885.html







