Forma Qalmaqalına Görə Bu Kluba Texniki Məğlubiyyət Verildi » DaylyAz
Idman Xəbərləri 206

Forma qalmaqalına görə bu kluba texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi II liqa təmsilçisi “Şəmkir” klubuna 3:0 hesablı texniki məğlubiyyət verib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb 17-ci turda “Xankəndi” ilə qarşılaşmadan əvvəl “Şəmkir” komandası Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat verməməsi, AFFA nümayəndəsinin, PFL-in tələblərinə məhəl qoymaması və müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etməsidir. 

Onlar həmçinin PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydançaya çıxmayıb. 

Qeyd edək ki, İkinci liqanın 17-ci turunda keçirilməli olan “Şəmkir” – “Xankəndi” matçı formaların oxşar olması səbəbindən baş tutmamışdı. 

Mənbə: https://qafqazinfo.az/news/detail/forma-qalmaqalina-gore-bu-kluba-texniki-meglubiyyet-verildi-501818

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button