AFFA “Neftçi”ni 23 Min Manat Cərimələndi » DaylyAz
Idman Xəbərləri 206

AFFA “Neftçi”ni 23 min manat cərimələndi

AFFA İntizam Komitəsi “Neftçi”ni 23 000 manat cərimələyib.

Qafqazinfo xəbər verir ki, bu barədə qərar qurumun iclasında qəbul edilib.

Misli Premyer Liqasının XXIII turunda keçirilən “Neftçi” – “Turan Tovuz” oyununda azarkeşlərinin təhqiredici pankart açmasına görə Bakı klub 15 000 manat cərimələnib.

Həmin matçda ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə 5-ci dəfə təkrarlanması səbəbilə klub əlavə olaraq 8 000 manat cərimə olunub.

Mənbə: https://qafqazinfo.az/news/detail/affa-neftcini-23-min-manat-cerimeledi-501820

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button