FIFA Buna Görə İranı Cərimə Edə Bilər » DaylyAz
Idman Xəbərləri 206

FIFA buna görə İranı cərimə edə bilər

FIFA İran milli komandasını 2026-cı il Dünya Kubokunda iştirakdan imtina etdiyinə görə minimum 320 min dollar cərimə edə bilər.

“Qafqazinfo” xəbər verir ki, turnir qaydalarına əsasən, yarışın başlamasına 30 gündən az müddət qalmış geri çəkilən komandalar 250 min İsveçrə frankı məbləğində cərimə olunur.

İranın idman naziri Əhməd Donyamali artıq ölkəsinin turnirdə iştirak edə bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada baş tutacaq mundialda İran G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşmalı idi. Komandanın hər üç oyununun ABŞ-də keçirilməsi planlaşdırılırdı. İranı hansı yığmanın əvəzləyəcəyi hələlik dəqiqləşməsə də, beynəlxalq mediada Rusiyanın turnirə dəvət olunma ehtimalı müzakirə edilir.

Xatırladaq ki, daha əvvəl FIFA prezidenti Canni İnfantino Donald Trampın İranın iştirakını alqışladığını bildirmişdi.

Mənbə: https://qafqazinfo.az/news/detail/fifa-buna-gore-irani-cerime-ede-biler-501853

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button