İrandakı Hadisələr TRIPP-in Icrasını Gecikdirə Bilər » DaylyAz
Aktual xəbərlər

İrandakı hadisələr TRIPP-in icrasını gecikdirə bilər

“İranda baş verən hadisələr “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasını gecikdirə bilər”

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

“Aydındır ki, ABŞ administrasiyası ən azı indiki məqamda TRIPP-i prioritet hesab etmir. Təəssüf ki, bu vəziyyətin proseslərə vaxt baxımından təsir göstərməsi ehtimalı yüksəkdir. Əgər məlum olsa ki, təsir göstərməyib – daha da yaxşı”, – Paşinyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

İrandakı vəziyyətin Ermənistan iqtisadiyyatına mümkün təsirinə toxunan Baş nazir yüksək inflyasiya təhlükəsi yaranacağı təqdirdə tədbirlər görüləcəyini əlavə edib.

Mənbə: https://qafqazinfo.az/news/detail/irandaki-hadiseler-tripp-in-icrasini-gecikdire-biler-501961

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button