Sevda Əliqızı: “Sən Kimsən Ki, Cavan Zeynallının Kimliyini Tanımadın?” » DaylyAz
Şou Biznes Xəbərləri

Sevda Əliqızı: “Sən kimsən ki, Cavan Zeynallının kimliyini tanımadın?”

Müğənni Sevda Əliqızı ifaçı Kəmalə Günəşlinin səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Sevda Əliqızı qeyd edib ki, uzun illər sənətə xidmət etmiş sənətkarlara qarşı hörmətsiz ifadələr işlətmək düzgün deyil və belə açıqlamalar sənət cameəsində xoş qarşılanmır. O, canlı yayımda Kəmalə Günəşlinin fikirlərinə etiraz edərək belə deyib: "Sən kimsən ki, illərin sənətkarı Cavan Zeynallı haqqında xoşagəlməz sözlər deyirsən?".

Xatırladaq ki, bir neçə gün əvvəl Kəmalə Günəşli açıqlamasında Cavan Zeynallı ilə bağlı tənqidi fikirlər səsləndirmişdi. Müğənni gənc nəslin sənətkarı tanımadığını iddia edərək, efirlərdə onun köhnə ifalarının təqdim olunmasını tənqid etmişdi.

Sözügedən açıqlamalar sosial şəbəkələrdə geniş rezonans doğurub. Mövzu ətrafında istifadəçilər müxtəlif mövqelərdən çıxış edərək müzakirələr aparırlar.

Mənbə: https://news.milli.az/showbiz/1320371.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button