Millimiz Ilk Qələbəsini Qazandı » DaylyAz
Idman Xəbərləri 206

Millimiz ilk qələbəsini qazandı

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda ilk qələbəsini qazanıb.

“Qafqazinfo” xəbər verir ki, B qrupunda yer alan yığma meydan sahibləri ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının qalibiyyəti ilə yekunlaşıb – 21:8.

İlk görüşdə Kanadaya 10:16 hesabı ilə uduzan milli sabah İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirin qalibi FIBA 3×3 Çempionlar Kuboku 2027, FIBA 3×3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

Mənbə: https://qafqazinfo.az/news/detail/millimiz-ilk-qelebesini-qazandi-502127

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button