"Bakı Məhkəməsi: "Qavaldaş Nağara" Maketinin Məhv Edilməsi Ilə Nəticə" » DaylyAz
Şou Biznes Xəbərləri

“Bakı məhkəməsi: “Qavaldaş nağara” maketinin məhv edilməsi ilə nəticə”

Xalq artisti Natiq Şirinov və onun keçmiş üzvü Ramil Cahangirov arasında davam edən məhkəmə münaqişəsi başa çatıb. Məhkəmə azərbaycan respublikası məhkəməsinin qərarı ilə sonlandırıldı və təsdiqləndi.

"Azərbaycan Respublikasının məhkəməsinin qərarı ilə təsdiq olundu ki, "Qavaldaş nağara" ideyası və əsəri Natiq Şirinova məxsusdur. Məhkəmə qərarına əsasən, müəllif hüququnu pozaraq hazırlanmış "Qavaldaş nağara" maketi məhv edildi və cərimə ödənildi. Bu hadisə bir daha göstərir ki, başqasının ideyasını mənimsəmək mümkün deyil. Müəllif hüquqlarımızı pozan hər kəs bilməlidir. Bu məsələlər qanun qarşısında həll olunur və olunacaq. Sənətə və müəllif hüquqlarına hörmət hər kəs üçün dərs olmalıdır".

Qeyd edək ki, Xalq artisti "Amarok" zərb alətlər qrupunun rəhbəri Ramil Cahangirovu qavaldaş maketini mənimsədiyi iddiası ilə məhkəməyə vermişdi. Sənətçi həmkarından üzr istəməsini və 55 min manat təzminat ödəməsini tələb etmişdi. İşə əvvəlcə Sumqayıt Şəhər Məhkəməsində baxılmış və məhkəmə iddianı əsassız sayaraq rədd edilmişdi. Lakin sonradan Sumqayıt Apellyasiya Məhkəməsi Natiq Şirinovun iddiasını qismən təmin etmişdi.

Qərara əsasən, cavabdeh üzr istəməli, onda olan qavaldaş məhv edilməli və Ramil Cahangirov Natiq Şirinova mənəvi ziyana görə 10 min manat ödəməli idi.

Mənbə: https://news.milli.az/showbiz/1320436.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button