ABŞ Xameneinin Başına 10 Milyon Dollar Pul Qoydu » DaylyAz
Politika

ABŞ Xameneinin başına 10 milyon dollar pul qoydu

Amerika Birləşmiş Ştatları İranın yeni Ali Lideri Müctəba Xamenei də daxil olmaqla, bir sıra yüksəkvəzifəli İran rəsmiləri barədə məlumat verən şəxslərə mükafat təklif edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “Rewards for Justice” (“Ədalət Mükafatları Proqramı”) bölməsi sosial media hesabında məlumat yayıb.

Açıqlamada bildirilib ki, adıçəkilən şəxslərin tutulmasına kömək edəcək məlumat təqdim edənlərə 10 milyon dollara qədər mükafat verilə bilər.

“Bizə məlumat verin. Verdiyiniz məlumatlar mükafat qazanmağınıza və köçmək imkanından yararlanmağınıza kömək edə bilər”, – deyə paylaşımda qeyd olunub.

Paylaşımda Müctəba Xamenei ilə yanaşı, İranın bir sıra yüksəkvəzifəli şəxslərinin də adları yer alıb. Bunlar arasında Ali Liderin ofisinin keçmiş rəhbərinin müavini Əli Əsgər Hicazi, general-mayor Yəhya Rəhim Səfəvi, Əli Laricani, İranın daxili işlər naziri İskəndər Mumini və kəşfiyyat naziri İsmayıl Xətib də var.

Bundan əlavə, şəxsiyyətləri açıqlanmayan, lakin İran Müdafiə Şurasının katibi, Ali Liderin müşaviri, Ali Liderin hərbi ofisinin rəhbəri və İran İnqilab Keşikçiləri Korpusunun komandiri kimi vəzifələr də siyahıda qeyd edilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/abs-xameneinin-basina-10-milyon-dollar-pul-qoydu-502177

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button