Kriminal
Bakıda 4-cü mərtəbədən yıxılan 49 yaşlı qadın həyatını itirdi

Bakıda bir bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Nizami rayonunda dünən saat 15 radələrində baş verib. 1977-ci il təvəllüdlü Gülər Çingiz qızı Mustafayeva Nizami rayonun T.Abbasov küçəsi ev 13 mənzil 32-də (5 mərtəbəli binanın 4-cü mərtəbəsi) yaşadığı evdən ehtiyatsızlıqdan yıxılan və xəstəxanaya yerləşdirilən qadın xəstəxanada vəfat edib. Hadisənin araşdırılması aparılır.
Mənbə: https://qafqazinfo.az/news/detail/bakida-4-cu-mertebeden-yixilan-qadin-oldu-502215







