Idman Xəbərləri 206
Arda Gülərdən fantastik qol – Video

İspaniya La Liqasında XXVIII turun matçları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, ötən gün “Real Madrid” öz meydanında “Elçe”ni qəbul edib.
Matç “Real Madrid”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın unudulmaz dəqiqəsi Arda Gülərin vurduğu qol ilə yaşanıb.
Belə ki, 89-cu dəqiqədə rəqib qapıçını yerindən kənarda görən futbolçu 70 metrlik zərbə ilə fərqlənib.
Arda Gülərin gündəm olan həmin qolunu təqdim edirik:
Qeyd edək ki, bu qələbədən sonra “Real Madrid” xallarını 66-ya yüksəldib. “Elçe” isə 26 xalda qalıb.
Mənbə: https://qafqazinfo.az/news/detail/arda-gulerden-fantastik-qol-video-502271








