Misli Premyer Liqasının XXIV turunda qərb derbisi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən “Kəpəz” və “Turan Tovuz” matçında qalib müəyyənləşməyib.

Belə ki, hesabı ev sahiblərindən 55-ci dəqiqədə Rəhman Hacıyev açıb. Qonaqların bərabərlik qolunu isə 61-ci dəqiqədə Joarlem Santos vurub.

Oyun 1:1 hesabı ilə başa çatıb.

Bu turdan sonra “Turan Tovuz” 45 xalla turnir cədvəlinin üçüncü, “Kəpəz” isə 18 xalla onuncu sırasında qərarlaşıb.

Mənbə: https://www.youtube.com/watch?v=y6wv4585x7I

Mənbə: https://qafqazinfo.az/news/detail/qerb-derbisinde-qalib-mueyyenlesmedi-video-502301

MÜƏLLİF

0 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *