Netanyahu “ölü” olduğu iddialarına cavab: Yeni videoya işıq salıb

ABŞ, İsrail və İran arasında davam edən müharibə fonunda beynəlxalq ictimaiyyətin gündəminə düşən “Netanyahu öldü” iddialarına son qoyuldu. Bir neçə gündür itkin düşən və öldüyü iddia edilən İsrail Baş naziri yeni video ilə ortaya çıxdı.
Günlər sonra paylaşılan videoda Netanyahu mağazadan aldığı qəhvəni içərkən görüntülənir. Əlini kameraya net şəkildə göstərərək “altı barmaq” və “süni intellekt” iddialarına cavab verir. Onun təhlükəsizlik iclaslarına qatılmaması isə narahatlıq yaratmağa davam edir.
Netanyahunun sağ olduğu məlum olsa da, İranın mövqeyi sərtləşir. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq bildirir ki, Netanyahunun sağ olması halında onu izləməyə və öldürməyə yönəlmiş hücumlarımıza qətiyyətlə davam edəcəyik.
Mənbə: https://news.milli.az/showbiz/1320614.html







