Şou Biznes Xəbərləri
98 yaşlı Ömər Eldarovun Dilarə Kazımova ilə rəqsi diqqət çəkdi – VİDEO

Azərbaycanın tanınmış heykəltaraşı, Xalq rəssamı Ömər Eldarovun müğənni Dilarə Kazımova ilə birgə rəqs etdiyi görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İstifadəçilər şərhlərdə sənətkarın yaşına baxmayaraq, həyat eşqini qoruyub saxlamasını təqdir ediblər.
Qeyd edək ki, Ömər Eldarov Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, bir çox monumental heykəlin müəllifidir. Dilarə Kazımova isə müasir Azərbaycan musiqi səhnəsinin tanınmış simalarındandır. (Musavat.com)
Mənbə: https://news.milli.az/showbiz/1309471.html







