İtaliyada keçirilən “Tour de Ski” yarışlarında iştirak edən erməni xizəkçi Mikael Mikaelyan cəzalandırıldı.
“Qafqazinfo” İsveç mediasına istinadən xəbər verir ki, bu cəzaya səbəb onun formasında yarışın sponsorlarından olan Azərbaycanın adı yazıldığı hissəni örtməsi olub.
Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) idmançının bu hərəkətinin yolverilməz olduğunu bildirib. M.Mikaelyan isə həmin hərəkəti niyə etməsinin səbəbini açıqlamayıb: “Bu mənimlə münsiflər heyəti arasında qalacaq”.
Qeyd edək ki, sözügedən Federasiya Azərbaycanla 5 illik sponsorluq müqaviləsi imzalayıb.
Mənbə: https://qafqazinfo.az/news/detail/azerbaycan-yazisini-gizletmeye-calisdi-cezalandirildi-foto-494205
0 Comments