“Qarabağ” Hazırlıqlara Start Verdi - Fotolar » DaylyAz
Idman Xəbərləri 206

“Qarabağ” hazırlıqlara start verdi – Fotolar

“Qarabağ” futbol klubu 2025/26 mövsümünün ikinci yarısı üçün hazırlıqlara start verib.

“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün “Azersun Arena”dakı təlim-məşq bazasında bir araya gələrək 2026-cı ilin ilk məşqinə çıxıb.

Bildirilib ki, komandanın hazırlıq planı iki mərhələdən ibarət olacaq.

Bakıdakı qısa hazırlıqdan sonra, yanvarın 10-da “Qarabağ” hazırlıqların ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Yanvarın 17-dək Antalyanın Belek bölgəsindəki “Gloria Sports Arena”da davam edəcək təlim-məşq toplanışı çərçivəsində komandanın iki yoxlama oyunu keçirməsi planlaşdırılır. Yanvarın 12-si və 16-na təyin olunan bu qarşılaşmalarda rəqiblərin kimliyi yaxın günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi sınağına yanvarın 21-də çıxacaq. Qurban Qurbanovun yetirmələri UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubunu qəbul edəcək.

Mənbə: https://qafqazinfo.az/news/detail/qarabag-hazirliqlara-start-verdi-fotolar-494232

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button