Kriminal
Bayram günlərində 13 nəfər zəhərlənib

Bayram tətili günlərində (31 dekabr- 5 yanvar) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 13 müraciət daxil olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, müraciət edənlərdən 4-ü dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 1-i yandırıcı məhlul, 6-sı isə sirkə turşusundan zəhərlənən şəxslərdir.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Ölüm faktı qeydə alınmayıb.
Mənbə: https://qafqazinfo.az/news/detail/bayram-gunlerinde-13-nefer-zeherlenib-494316







