“Qarabağ” Koxalskiyə 7 Milyon Avro Qiymət Qoydu » DaylyAz
Idman Xəbərləri 206

“Qarabağ” Koxalskiyə 7 milyon avro qiymət qoydu

“Qarabağ” Mateuş Koxalskiyə 7 milyon avro qiymət qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. 

Bildirilib ki, Ağdam klubunun heyətində Çempionlar Liqası matçlarında inamlı oyunu ilə diqqətçəkən qolkiperi bir çox klublar transfer etmək istəyir. Komandanın baş məşqçisi Qurban Qurbanov da gələn transfer təkliflərindən yorularaq klub rəhbərliyi ilə M.Koxalskinin transfer qiymətinin müəyyənləşdirilməsini müzakirə edib. 

Nəticədə qolkiperə 7 milyon avro qiymət qoyulub. Onun heyətində görmək istəyən komandalar bu məbləği ödəməlidirlər. 

Mənbə: https://qafqazinfo.az/news/detail/qarabag-koxalskiye-7-milyon-avro-qiymet-qoydu-494323

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button