Masallıda quldurluq: 33 yaşlı adam hədələyərək sahibkarın evini taladı

Masallı rayonu ərazisində Yanvarın 4-də quldurluq cinayəti qeydə alınıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, naməlum şəxs rayonun kəndlərindən birindəki mənzilə qanunsuz daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib.
Buna oxşar əməliyyatla evdən 33400 manat dəyərində qızıl-zinət əşyaları, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının tədbirlərini həyata keçirdikləri nəticədə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.
Bildirilir ki, hücuma məruz qalan ev Masallıda tanınmış sahibkarlardan biriə məxsusdur. Onun rayonda yanacaqdoldurma məntəqələri və digər obyektləri var. Hadisə zamanı H.Məmmədov sahibkarın evdə olmamasından istifadə edərək onun arvadına hücum edib, əl-ayağını bağlayaraq qızıl və pulları aparıb.
Bu hadisə ilə bağlı cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.
Mənbə: https://qafqazinfo.az/news/detail/sahibkarin-arvadinin-el-ayagini-baglayib-evini-taladi-494325







